SON DƏQİQƏ
» » Gürcüstanda daşqın: 500 ailə ilə əlaqə kəsildi

Gürcüstanda daşqın: 500 ailə ilə əlaqə kəsildi

Tarix:

8-06-2019, 18:56

/ 1 947 dəfə oxundu.
Gürcüstanda daşqın: 500 ailə ilə əlaqə kəsildi

Aramsız yağan leysan yağışlar Gürcüstanın bölgələrində ciddi fəsadlar törədib. Ən böyük ziyan ölkənin Xaraquli rayonuna dəyib.

GunAz.az xəbər verir ki, güclü yağışlar nəticəsində öz məcrasından çıxan dağ çayları rayonda yolları, körpüləri, yaşayış evləri və yardımçı tikililəri dağıdıb. Əkin sahələri və fərdi təsərrüfatlar su altında qalıb.

Beş yüz (500) ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən tam təcrid olunub.

İkinci ən böyük ziyan Svaneti bölgəsinə dəyib. Nenskra çayının daşması nəticəsində Mesti rayonunun Çuberi qəsəbəsi sel suları altında qalıb. Bu qəsəbədə 1000-dən çox sakinin yaşadığı bildirilir. Yollar dağılıb, Çuberi və Karsqurişi kəndləri ilə əlaqə kəsilib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Hadisə yerinə xüsusi texnika cəlb olunub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ