SON DƏQİQƏ
» » Qərb bölgəsində güclü dolu yağışı: əkin və meyvə bağlarına ziyan dəyib

Qərb bölgəsində güclü dolu yağışı: əkin və meyvə bağlarına ziyan dəyib

Tarix:

1-06-2018, 21:23

/ 10 476 dəfə oxundu.
Qərb bölgəsində güclü dolu yağışı: əkin və meyvə bağlarına ziyan dəyib

Ağdam rayonuna dolu yağıb.

Təbiət hadisəsi bu gün günorta saatlarında qeydə alınıb.

Ağdam rayonunun Çəmənli, Sarıcalı, Çıraqlı və bir neçə kəndinə yağan dolu təsərrüfatlara, xüsusilə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan vurub.

Qeyd edək ki, ümumilikdə Qərb bölgəsində güclü yağış və dolu yağıb. Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ