
Teyyub QƏNİOĞLU
18 oktyabrda qəhrəman, sülhsevər xalqımız dövlət müstəqilliyimizin 34-cü ildönümünü qeyd etmiş və etməkdədir.
Bu münasibətlə hər bir vətəndaşımızı-vətən övladını- səmimi qəlbdən təbrik edir, hamıya can sağlığı, xoşbətlik, azad ölkəmizdə uzun və xoşbəxt həyat, mütəqilliyimizin daimi, əbədi olmasını arzu edirəm! Biz, azərbaycan xalqı olaraq, azad, əmin-amanlığın, sosial-siyasi sabitliyin bərqərar olduğu firavan ölkədə yaşamağı haqq etmişik!
Nə yaxşı ki, bəzi bədxax qonşularımızın müxtəlif yönlü təxribatlarına baxmayaraq xalqımızın birliyinə, mətanətinə arxalanan dövlətimiz sakit, firavan həyatın əsası olan sosial-siyasi sabitliyi qoruyub saxlamağa və möhkəmlənməyə müvəffəq olmuşdur. Ancaq, təəssüf ki, son günlər baş verən hadisələrin göstərdiyi kimi, ölkəmizdə mövcud sosial-siyasi sabitliy pozmağa, vətəndaş-dövlət qarşıdurmasını yaratmağa, dövlət çevrilişinə cəhd etməyə, beləliklədə də, dövlətimizi asılı vəziyyətə sürükləməyə can atan bəzi xarici dövlətlərin daxilimizdə uzantıları vardır. Nə yaxşı ki, müvafiq dövlət qurumlarımızın səyi nəticəsində düşmənlərimiz heç vaxt istədiklərinə nail ola bilməmişlər və olmayacaqlar da!
Son illər baş verən bəzi hadisələrin təhlili göstərir ki, xarici himayədarlarına arxalanan, bəzi yüksək dövlət, eləcə də, biznes strukturlarında, rəhbər vəzifədə çalışanlar süni şəkildə ölkəmizdə gərginlik yaratmağa, vətəndaşları dövlətdən narazı salmağa mütəmadi olaraq cəhdlər göstərirlər. Günbəgün artan süni qiymət artımlarına, müxtəlif strukturlarda işçilərin işdən azad edilməsinə, addım başı artan cərimələrə, orta məktəblərdən ali məktəblərə qədər təhsil sektorunda baş verən qanunsuzluqlara, kütləvi şəkildə müəllimlərin, alimlərin aşağılanmasına və hüquqlarının pozulmasına (rus yazıçısı A.P.Çexov deyirdi ki, bir milləti çökdürmək istəyirsənsə müəllimin gözdən sal!), müxtəlif bəhanələrlə yüzlərlə pensiyaçının pensiyasının kəsilməsinə, qazisinə layiq olduğu qiymətin verilməməsinə başqa nə ad vermək olar? İndi aydın olur ki, bütün bu hadisələri törətməklə vəzifələri (öxu- rüşvət imkanları) əllərindən çıxan bəzi antimillilər ölkəmizdə vətəndaş itaətsizliyinə nail olmağa, beləliklə də, əllərindən çıxanları geri qaytarmağa cəhd ediblər.
Bu cəhdlərin qarşısını alan dövlətimizə uğurlar olsun! Ümidvarıq ki, ölkəmizdə qarışıqlıq, vətədaş-dövlət qarşıdurması yaratmağa, dövlət çevrilişinə cəhd etməyə çalışanlar layiqli cəzalarını alacaqlaq və hüquqları pozulan vətəndaşlarımızın (ilk növbədə qazilərimizin, pensiyaçılarımızın) hüquqlarının pozulmasına bundan sonra yol verilməyəcəkdir. Biz, hər birimiz, bu işdə öndə olmalı, daim dövlətimizin yanında olmalı, onu dəstəkləməliyik! Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti!
18.10.2025
18.10.2025
































