SON DƏQİQƏ
» » Azərbaycan Təkamül Partiyasının B Ə Y Ə N A T I

Azərbaycan Təkamül Partiyasının B Ə Y Ə N A T I

Tarix:

5-11-2021, 21:03

/ 1 670 dəfə oxundu.
Azərbaycan Təkamül Partiyasının  B Ə Y Ə N A T I

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, əzm və şücaəti sayəsində, erməni faşistlərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları torpaqlarımızın azad edildiyi gündən bir il keçir. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür, can sağlığı arzu edirik!

Vətən Müharibəsində Azərbaycanımızın əldə etdiyi Möhtəşəm Qələbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin həlledici rol oynadığını vürğulamaqla yanaşı, arxa cəbhədə çalışan mülki insanlarımızın, mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların, bütövlükdə xalqımızın əzm və iradə, həmrəylk nümayiş etdirərək Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsinin, qardaş Türkiyəmizin hərtərəfli dəstəyinin də əhəmiyyətli rol oynadığını qeyd etmək lazımdır. Azərbaycan Təkamül Partiyası olaraq Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm, tarixi qələbəmizin il dönümünün Zəfər Bayramı günü kimi təntənəli surətdə qeyd edilməsini təqdir etdiyimizi bəyan edir və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirik!

Ancaq mübarizə hələ bitməyb. Azərbaycanımızın qarşısında bütün ərazimizdə dövlət süverenliyimizn de-fakto bərqərar edilməsi, erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin bərpası, bu ərazilərdə normal həyat şəraitinin yaradılması, qaçqın və köçkünlərimizin öz dogma yurdlarına qayıdışının təmin edilməsi ilə bağlı çoxsaylı problemlər durur. Bu problemlərin qısa müddət ərzində, müvəffəqiyyətlə həlli bir çox amillərlə yanaşı ölkəmizdə əldə edilmiş social-siyasi sabitliyin qorunub saxlanılmasından və daha da möhkəmləndirilməsindən də bilavasitə asılıdır. Azərbaycan Təkamül Partiyası olaraq ölkəmizdə social-siyasi sabitliyin qorunub saxlanılması istiqamətində fəaliyyətimizin bundan sonra da davam edəcəyini bəyan edir və mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalrı da bu istiqmətdə fəaliyyət göstərməyə dəvət edirik. Unutmaq ölmaz ki, iqtidarda-müxalifətdə olmağımızdan asılı olmayaraq Azərbaycan hamımızın vətənidir!

 

Sədr: Teyyub Qənioğlu

скачать dle 12.1

Şərhlər