
HÖRMƏTLİ İLHAM MÜƏLLİM!
Sizi 60 illik yubileyiniz münasibəti ilə Təkamül Partiyası adından və şəxsən
öz adımdan səmimi qəlbdən təbrik edirəm! Sizə uzun ömür, doğma Azərbaycanımızın daha da inkişafı, tərəqqisi naminə şərəfli vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzu edirəm! Biz, Təkamül Partiyası olaraq, Sizin dövlətimizin inkişafı, çiçəklənməsi, 44 günlük Vətən Müharibəsində qələbəmizin əldə edilməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi töhfənizizi yüksək qiymətləndirir, Azərbaycanımızın bütün ərazisində dövlət süverenliyimizin de-fakto tam bərqərar olması istiqamətində fəaliyyətinizi dəstəkləyir, onun məntiqi sonluğa çatdıracağınıza inanırıq. Biz, eləcə də, ölkəmizdə yeni siyasi konfiqurasiya yaradılması, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə keçirilməsi istiqamətində siyasətinizi və səylərinizi dəstəkləyirik, bu siyasətin ölkəmizin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyinə inanırıq!
HÖRMƏTLİ İLHAM MÜƏLLİM!
Sizi bir daha doğum gününüzün 60 illiyi münasibəti ilə təbrik edirəm!
HÖRMƏTLƏ, SƏDR: TEYYUB QƏNİOĞLU