SON DƏQİQƏ
» » Bir sıra dövlət başçıları İlham Əliyevi təbrik etdi

Bir sıra dövlət başçıları İlham Əliyevi təbrik etdi

Tarix:

22-05-2018, 22:34

/ 10 372 dəfə oxundu.
Bir sıra dövlət başçıları İlham Əliyevi təbrik etdi

Qabon Prezidenti Əli Bonqo Ondimbadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Livan Prezidenti General Mişel Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi Livan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə rifah arzulayıram".

XXX

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:

"Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük" inkişaf və rifah arzu edirəm.

XXX

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Qardaşınız Salman bin Əbdüləziz Al Səuddan:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

XXX

İsveçin Kralı Karl Qustav Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

XXX

Norveçin Kralı V Haralddan:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident, Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və ölkənizə tərəqqi diləyirəm".

XXX

Hindistan Prezidenti Ram Nat Kovind Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ