SON DƏQİQƏ
» » Kolumbiya və İndoneziya prezidentləri İlham Əliyevi təbrik etdi

Kolumbiya və İndoneziya prezidentləri İlham Əliyevi təbrik etdi

Tarix:

3-05-2018, 20:30

/ 10 437 dəfə oxundu.
Kolumbiya və İndoneziya prezidentləri İlham Əliyevi təbrik etdi

Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən böyük şərəf və məmnunluq hissi keçirirəm.

Ölkəmizdə baş verən münaqişənin başa çatması istiqamətində nümayiş etdirdiyiniz mövqe, xüsusilə də Kolumbiyada nar bağlarının salınması ilə bağlı layihəyə göstərdiyiniz dəstək, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər, hər iki ölkədə diplomatik nümayəndəliklərin açılması, qarşılıqlı maraqlara xidmət edən sazişlərin imzalanması sayəsində son 8 il ərzində ölkələrimiz arasındakı əlaqələr daha da inkişaf etmişdir.

Hər iki ölkə arasında mədəniyyət, ticarət, investisiya sahələrində əməkdaşlığa təkan vermək üçün imkanların daha genişləndirilməsinə Kolumbiyanın hər zaman hazır olduğunu bir daha vurğulamaq istəyirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə ən dərin ehtiramımı bildirirəm".

Bundan başqa, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İndoneziya dövləti və xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi salamlarımı çatdırıram.

Cənab Prezident, Azərbaycan xalqının böyük əksəriyyətinin Sizə yenidən etimad göstərməsi liderliyinizə inamın, vətəndaşlarınızın firavan həyatı naminə gördüyünüz böyük işlərə qiymətin bariz göstəricisidir.

Fürsətdən istifadə edərək, icazə verin, yeni prezidentliyiniz müddətində Azərbaycan və İndoneziya arasında sıx əlaqələrin ölkələrimizin inkişafı və rifahı naminə daha da möhkəmlənəcəyinə səmimi ümidlərimi ifadə edim.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ