SON DƏQİQƏ

Bəzi ərazilər qazsız qalacaq

Tarix:

14-10-2024, 20:56

/ 2 932 dəfə oxundu.
Bəzi ərazilər qazsız qalacaq

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Səbail rayonunun Bayıl qəsəbəsində, Xəzər rayonunun Binə qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
GunAz.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
скачать dle 12.1

Şərhlər