SON DƏQİQƏ
» » Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Tarix:

7-03-2024, 11:08

/ 3 692 dəfə oxundu.
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.
Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:
“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ