SON DƏQİQƏ

Nazirlik dumanlı hava ilə bağlı məlumat yaydı

Tarix:

1-01-2022, 23:04

/ 1 423 dəfə oxundu.
Nazirlik dumanlı hava ilə bağlı məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə edilən dumanlı hava ilə bağlı məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən məlumata əsasən, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

 

İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

Dumanlı hava şəraiti yanvarın 2-də gecə və səhər saatlarında da davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.


скачать dle 12.1

Şərhlər