SON DƏQİQƏ

Bu günün havası açıqlandı

Tarix:

1-03-2024, 08:11

/ 2 840 dəfə oxundu.
Bu günün havası açıqlandı

Mart ayının 1-də Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ