SON DƏQİQƏ

Çölü qürbət, içi Vətən adam...

Tarix:

27-02-2024, 14:40

/ 2 670 dəfə oxundu.
Çölü qürbət, içi Vətən adam...

İlqar İlkin
Bizim torpağımız fərqlidir bir az; əkdiyimizi ağ yeldən, qara yeldən daldalamaq üçün dərində əkməliyik.
Sürülərimizi qurddan qorumaq üçün qurd kəfəni geyməliyik. Vətənin dizinin dibində ögey balayıq, sevgi görməmişik, mehr salmamışıq.
O üzdən mənim insanlarım qaya kimi sərt, suları kimi cod, çinarları kimi dimdik, qara yeli kimi kəskindir. O üzdən hər zaman tətikdəyik, barışmazıq, çılğınıq.
Qaraçöpük... Vətən olmağa məcburuq...
Estoniya adı gələndə ilk yada düşən Xəqani Qayıblı olur. Bu ölkəni sevməyə bilmirsən. Onun içindəki uşaqlığa, mərhəmətə, sevgiyə toxunmayıb bu ölkə. Əksinə bütün bu gözəl duyğularını cilalayıb, məhrəmliyinə toxunmayıb, onu içində tərtəmiz saxlayıb.
Xəqani Qayıblı altımış illik ömrünün qırx ilini bu ölkədə yaşayıb. Amma onun şeirlərində qürbətdən gileylənmə çox ötəri və epizodikdir. Çünki türk şairi Kamaləddin Kamu Kaminin “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə” deyimini Xəqani Qayıblı “Mən qürbətdə yaşadım, Vətən mənim içimdə” şəklində yaşayıb.
İçindəki Vətəni yaşadığı toplumun dəyərlərində itirməyib, əksinə, dilinin saflığını, şivəsinin şirinliyini, dünyagörüşündəki fərqlilikləri hər iki toplumun dəyərləri sintezindən keçirib, kamilləşdirib, kamilləşib.
Odur ki, Xəqani Qayıblı deyəndə baltik soyuqqanlılığı ilə çılğın türklüyünü, elit davranışları ilə çölçü ruhunun azadlığını bir arada hiss edirsən. Hiss edirsən ki, Vətəni öz içərisinə sığdıra bilən adam azadlığını da tam olaraq yaşayır; bütün ömrü qürbətdə keçsə belə...
Qürbətdə keçən ömür 60 illik yubileyə çatdı. Vətəni Vətəndən kənarda yaşadanlarımız uzun yaşasın...
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ