SON DƏQİQƏ

Namusumuz, şərəfimiz, mənliyimiz-VƏTƏN

Tarix:

6-06-2023, 11:29

/ 3 444 dəfə oxundu.
Namusumuz, şərəfimiz, mənliyimiz-VƏTƏN

 Günel Əhmədqızı

Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. O, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan Vətənimizin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir.Vətənə xəyanət etmək olmaz, ona görə də bu cənnəti bizə qanı, canı ilə bəxş etmiş əcdadlarımızın əmanətinə sarılmalı, bu cənnət vətənə sədaqət borcumuzu ödəməli, vətənimizi qorumalıyıq, onu öz canımızdan çox sevməliyik. "Torpaq, əgər uğrunda ölən varsa vətəndir”. Uğrunda öləcək bayraq varsa o da vətəndir.

Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır. Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir.

Prezidentimiz İlham Əliyev demişdir:

"Mən istəyirəm ki. gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.

Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa, başladıqda yazıb-oxuduqları ilk kəlmələr "Ana” və "Vətən” kəlmələri olur. Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət-Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun Vətən sevgisi hər kəsə nümunədir. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam”-bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, Azərbaycanlıyıq. Vətən, bayraq hər bir xalq üçün müqəddəsdir. Insan vətənini sevərsə, Vətəni üçün çalışar. Lazım olanda canını verməyə hazır olmalıdır. Bu məntiqlə əcdadlarımız bu vətəni düşməndən xilas edib bizə buraxa bildilər. Onlar bizim üçün, vətənimiz üçün canlarını fəda etdilər. Müstəqillik xalqımıza yaraşır və atalarımız bu müstəqilliyə nail olmaq üçün milli mübarizəni davam etdiriblər. Buna görə də bayrağımız hələ də səmada dalğalanmağa qadirdir. Vətənimizi sevməli, onun qədrini bilməliyik. Onu qorumaq üçün şəhidlərə rəhmət diləməli, qazilərə hörmət etmək lazımdır. Vətən dil, din mədəniyyət və adət-ənənə kimi mədəni dəyərləri özündə daşıyan bir torpaq parçasıdır. Vətənpərvərlik insanların ən müqəddəs və qürurverici cəhətlərindən biridir. Çünki vətən insanın doğulub boya-başa çatdığı, uşaqlığının keçdiyi, ağrı-acısını, xoşbəxtliyini yaşadığı yerdir. Vətən torpaq, ev yurd deməkdir. Ölkəmiz bizim hər şeyimizdir. Vətən təkcə torpaq, hava su kimi deyil, onu həm də azadlıq, xoşbəxtlik, inqilab, eləcə də istiqbalı, hürriyyəti nişan verən bir kitab kimi görən şair S.Rüstəm hər zaman şerlərinin qanad çaldığı, sıravi əsgər kimi qoruduğu, nəğmələrinin cana gəldiyi ana torpağa heyranlığını misralarında iftixarla, sevinclə təsvir edir:

 

Vətənimin seyrinə çağırıram elləri,

Sərvət görmək istəyən Azərbaycana gəlsin.

Bəzənib başdan-başa şəhərləri, kəndləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin.

 

Gözəlliklər Vətənə gözəllərindən gəlir,

Dostluğun, qardaşlığın təməllərindən gəlir.

Könüllərin müqəddəs əməllərindən gəlir.

Qüdrət görmək istəyən Azərbaycana gəısin.

Millət görmək istəyən Azərbaycana gəlsin.

Vətənin hər bucağını öz doğma evi bilən, vətən torpağını öpə-öpə vəcdə gələn, ömrü boyu fərağını görməyə belə təsəvvür edə bilməyən, bəxtini vətənin varında görən, ilk və son yerinin ana qucağı olduğu Vətənə sevgini belə ifadə edir:

Igid oğulunla, qızınla öyün,

Sənə qara əllər, uzansa bir gün.

Qanımı verərəm, səni vermərəm,

Canımı verərəm, səni vermərəm!

 

Və ya

Ozanı olduğum bu gözəl Vətən.

Heyranı olduğum bu gözəl Vətən.

Qurbanı olduğum bu gözəl Vətən,

Sənin xəzan bilməz gülüstanındır.

 

Vətən haqqında bayatılar

 

Yağı gəldi yanıma,

Susamışdı qanıma.

Döndüm qürbət ellərdən,

Qüvvət gəldi canıma.

 

Kəm bəxti sönən qərib,

Qürbət ölən qərib.

Bəxtəvər günə düşdü,

Vətənə dönən qərib.

 

Söz qaldı el gələnə,

Çırmandı sel gələnə,

Gözəl bir bağ salmışam.

El gələ gölgələnə.

 

Əziziyəm dilən gəz,

Bağda gülə dilən gəz.

Qürbətdə xan olunca,

Vətənində dilən gəz.

Vətən bizim yaşadığımız kənddən şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır. Vətən müqəddəsdir, ülvidir, onun hər şeyi dağı, daşı, torpağı, suyu, səması, bizim üçün əzizdir, doğmadır.

Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər vermişdir. Onları təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi isə tariximizin ən parlaq səhifələrini təşkil edir. Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli, torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözünə batmışdır. Igidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox "mənəm-mənəm” deyən hökmdarlar Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünə layiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələr də qalmışdır. Bu gün öz keçmişi ilə Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.

Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları da doğma yurdumuzun başından acı külək kimi əsdi. Illər boyu sizə sığınaraq əziz tikəmizi yeyən nankör ermənilər rus hərb maşınına arxalanaraq qısqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi. Belə bir vaxtda yenə də yurdumuzun igid oğulları onun köməyinə gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.  

     


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ