SON DƏQİQƏ

ZƏFƏRLİ BAYRAQ GÜNÜM!

Tarix:

16-11-2023, 21:46

/ 2 501 dəfə oxundu.
ZƏFƏRLİ BAYRAQ GÜNÜM!

Müəllif: Vətənpərvər şairə Nazlı Yazar

Vətən sevdalısı, bayraq sevdalısı mən,
Yazım möhtəşəm olan Zəfərli bu gündən!
Komandan nidasıyla cərgəli düzülüb,
Qarabağı azad etdi ordum düşməndən!

Biz nə qədər çəkəydik qəm yükü şələsin,
Mərd igidlər açdı, namərd tülkü tələsin.
Elə şillə vurdular, nər ustad şilləsin,
Yurd həsrətli ürəklər yurda siz tələsin!

Zəfərli Bayraq günüm düzülüb ard-arda,
Xarıbülbül boylanır Şuşa, Qarabağda,
Şükür göz yaşın silir, ağlar Xocalı da,
Nazlı Yazar yazmışdı, “Bayraq ucalacaq,
Xanlı Xankəndim, gözü yaşlı Xocalıda”

Üç rəngli libası şanla əyninə geyən,
Ay ulduzlu bayrağım bil şanla ucalar.
Qıy vuran qartallı Laçından, Xankəndindən,
Dədə-baba yurdum İrəvana yol alar!

Ey Vətən sevdalısı igid nər ərənim,
Vətən sağ olsun deyə, can fəda edənim.
Zəfərli bu gün üçün Sizə minnətdarıq,
Tarixən Zəfər yazan millət olaraq varıq!

Sən ey Zəfər yazan Ali Baş Komandanım,
Ali Nidanla birləşdi Azərbaycanım!
Sən mənim İgidim, sən mənim Generalım,
Sənə daim kömək olsun Nur Yaradanım!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ