SON DƏQİQƏ

MÜƏLLİM, YOL və ZƏFƏR

Tarix:

7-11-2023, 13:20

/ 2 860 dəfə oxundu.
MÜƏLLİM, YOL və ZƏFƏR

Müəllimlər də qələbənin "N" saylı qəhrəmanlarındandır.
Müəllim yoldur, cəmiyyəti, xalqı, dövləti aparan yol.
Hara?  
Başqalarını bilmirəm, azərbaycanlı müəllimlərin apardığı zirvələr zəfərlərdir, azərbaycançılıqdır.
Bir yol var qədimdən  gəlib, bu gündən keçib, gələcəyə gedən yol, üç rəngli yol- azərbaycançılıq yolu.
Müəllimlər imkan vermədi.
Nəyə?
Bizim gənclikdən yaltaq düzəltmək istədilər, ağ  yal aşiqləri,
Bizim gənclikdən tənqidçi düzəltmək istədilər, ağ yalan aşiqləri,
Bizim gənclikdən təhrifçi düzəltmək istədilər, qara rənglilər,
Bizim gənclikdən təhqirçi düzəltmək istədilər, para rənglilər,
Bizim gənclikdən “kosmosçu” düzəltmək itədilər, göm-göy göyərmişlər,
Bizim gənclikdən xurafatçı düzəltmək istədilər, bozarıb, köhnəlmişlər...
Fəqət...
“Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!”
Bizim gənclik 1920-ci ildən köksündə üç rəngli bayraq gəzdirirdi,
Beynində himn səsləndirirdi,
Bizim gənclik qanında “Xocalı” rəngi saxlayırdı,
Təsəvvüründə  Xarı bülbül qoxlayırdı,
Ruhunda zəfər döyüşü gözləyirdi.
Bax beləcə, bütün təklif edilən  rəngləri rədd etdi bizim gənclik,
Söylədi öz-özündən möhtəşəmlik:
“Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!”
Mavini seçdi, öz kökündən göylərə ucaldı,
Qırmızını seçdi, qazi, ya   şəhid oldu,
Yaşılı seçdi, ALLAHIN hüzuruna alnı açıq getdi,
30 illik yolu 44 günlük, 1 saatlıq etdi.
Bax beləcə bizim gənclik üç rəng oldu,
bayraq oldu,
Azərbaycandan  Azərbycana günəş doğdu,
Bax beləcə ZƏFƏR oldu.
“Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!”
Bakı şəhəri, Arif Hüseyinzadə adına 20 nömrəli məktəb- liseyin 1 c - sinifi
S.QARAYEV.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ