SON DƏQİQƏ

Bu gün hava necə olacaq?

Tarix:

3-02-2024, 08:25

/ 2 857 dəfə oxundu.
Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ