SON DƏQİQƏ
» » "Azəriqaz"ın qaynar xəttinə niyə düşmək olmur?

"Azəriqaz"ın qaynar xəttinə niyə düşmək olmur?

Tarix:

27-01-2024, 17:55

/ 2 943 dəfə oxundu.
"Azəriqaz"ın qaynar xəttinə niyə düşmək olmur?

Yasamal rayon sakinləri üzləşdikləri qaz problemi ilə bağlı qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər.

Sakinlər bildirirlər ki, qaynar xəttə zəng edirsən, sırada 30-cu olduğunu bildirirlər:
“Günün sonuna qədər isə növbənin çatıb-çatmayacağı məlum deyil”.
“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Əliyev  bildirib ki, qurumun qaynar xəttinə qəza ilə əlaqədar çoxsaylı zənglər gəlir:
“Azəriqaz” İstehsalat Birliyinin “104” və “185” Çağrı Mərkəzləri sutkanın müxtəlif vaxtlarında abonentlərin xidmətindədir. Bütün zəngləri qəbul edirlər. Növbədə 30-cu adam olması normaldır. Xətt yüklənir. Qış aylarında qaza tələbat artır. Buna görə də gələn zənglər də çoxalır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ