SON DƏQİQƏ
» » İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

Tarix:

22-01-2024, 13:33

/ 3 456 dəfə oxundu.
İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

Yanvarın 15-də Sərab mahalının Savalana yaxın yüksəkliklərində itkin düşən 3 azərbaycanlı alpinistin xilas edilməsi üçün aparılan axtarış işləri dayandırılıb.

Bu barədə Xiyav (Meşgin) şəhərinin fərmandarı Şəhram Məhəmmədi açıqlamasında bildirib.
O, axtarışların yanvarın 21-dən dayandırıldığını, itkin düşən alpinistlərin ailə üzvlərinin yenidən müraciət edəcəkləri təqdirdə axtarış əməliyyatlarının başladılacağını deyib.
Qeyd edək ki, yanvarın 19-da Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyəti itkin düşən alpinistlərin telefon vasitəsilə əlaqə saxladığını və təxmini yerləşdikləri yer barədə məlumat verə bildiklərini açıqlamışdı.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ