SON DƏQİQƏ

Küləkli hava nə vaxta kimi davam edəcək?

Tarix:

17-01-2024, 14:51

/ 2 634 dəfə oxundu.
Küləkli hava nə vaxta kimi davam edəcək?

Saat 12:00-a olan məlumata əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.
скачать dle 12.1

Şərhlər