SON DƏQİQƏ

Güclü külək əsəcək- Proqnoz

Tarix:

3-01-2024, 08:32

/ 2 124 dəfə oxundu.
Güclü külək əsəcək- Proqnoz

Bu gün Bakıda hava yağmursuz keçəcək, külək güclənəcək

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.
Rayonlarda isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq, qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ