SON DƏQİQƏ

Bu gün hava necə olacaq?

Tarix:

28-11-2023, 08:29

/ 2 035 dəfə oxundu.
Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 15-20°, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° olacaq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ