SON DƏQİQƏ
» » Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Tarix:

25-11-2023, 11:14

/ 1 568 dəfə oxundu.
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sıra baxışında quruma onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ