SON DƏQİQƏ
» » Ağdam xüsusilə seçiləcək-Bu rayon geniş iqtisadi potensiala malikdir

Ağdam xüsusilə seçiləcək-Bu rayon geniş iqtisadi potensiala malikdir

Tarix:

22-11-2023, 23:00

/ 2 697 dəfə oxundu.
Ağdam xüsusilə seçiləcək-Bu rayon geniş iqtisadi potensiala malikdir

İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Ağdam bu rayonların içində xüsusilə seçiləcək. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomotiv rolunu oynaya biləcək potensiala malikdir.
 Birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vuruldu:
Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir. Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifatlaşdırsaq, birinci növbədə buranın kənd təsərrüfatı üçün mövcud potensialını qeyd etməliyik.
 Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azalması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthinin çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və digər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır, eyni zamanda, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır:
Bilman İSAQскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ