SON DƏQİQƏ
» » Növbəti ildən şəkər çuğunduru bahalaşacaq

Növbəti ildən şəkər çuğunduru bahalaşacaq

Tarix:

31-10-2023, 14:14

/ 1 373 dəfə oxundu.
Növbəti ildən şəkər çuğunduru bahalaşacaq

Ölkəmizdə şəkər çuğunduru sahələrindən məhsul yığımı davam edir. Cari ildə hədəf 225 min ton şəkər çuğunduru tədarük etməkdir. Artıq sahələrdən 80 min tondan çox məhsul yığılıb. Növbəti ildən məhsulun alış qiyməti də artacaq.

Hazırda sahələrdə məhsul yığımı aparılır. Əkin zamanı yüksək məhsuldarlığı ilə seçilən, həm də şəkərlilik faizi çox olan sortlara üstünlük verilib.

İmişli Şəkər Zavodunun baş aqronomu Hikmət Cəfərov bildirib ki, bu il 21 rayonu əhatə etməklə 4 770 hektar sahədə çuğundur əkilib və bu günə kimi 1700 hektar sahədən 86 min ton məhsul yığılıb. Ümumilikdə isə builki hədəf 225 min ton məhsul yığmaqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ