SON DƏQİQƏ
» » Qaya parçaları yola düşüb, maşınlara və yol təsərrüfatına ziyan dəyib

Qaya parçaları yola düşüb, maşınlara və yol təsərrüfatına ziyan dəyib

Tarix:

29-06-2023, 14:18

/ 1 541 dəfə oxundu.
Qaya parçaları yola düşüb, maşınlara və yol təsərrüfatına ziyan dəyib

Bu gün gecə saatlarında Bakı dairəvi avtomobil yolunun təqribən 6-cı kilometrliyində paytaxt istiqamətində yolun sağ tərəfindən iri qaya parçaları yola düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

"Hadisə nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hazırda ziyanın aradan qaldırılması istiqamətində də agentlik tərəfindən işlər aparılır", - məlumatda deyilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ