SON DƏQİQƏ
» » Qubadan sel keçdi: bu yollar yararsız hala düşdü

Qubadan sel keçdi: bu yollar yararsız hala düşdü

Tarix:

12-06-2023, 18:31

/ 1 537 dəfə oxundu.
Qubadan sel keçdi: bu yollar yararsız hala düşdü

Azərbaycanda ötən gün bəzi yerlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qubada bir neçə avtomobil yolunda hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldırlıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması ilə Çayqovuşan-Yerfi-Qayadalı və Çayqovuşan-Adur avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, Yerfi kəndi ərazisində Babaçay çayı üzərində mövcud körpünün yanaşma hissəsi (təqribən 11-12 m uzunluqda) dağılıb.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus "11 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ