SON DƏQİQƏ
» » "Qardaş köməyi" platforması ilə Türkiyəyə edilən yardımın məbləği açıqlandı

"Qardaş köməyi" platforması ilə Türkiyəyə edilən yardımın məbləği açıqlandı

Tarix:

20-02-2023, 20:19

/ 2 428 dəfə oxundu.
"Qardaş köməyi" platforması ilə Türkiyəyə edilən yardımın məbləği açıqlandı

"Qardaş Köməyi” platforması çərçivəsində qardaş Türkiyəyə göndərilən yardımların 20 fevral tarixinə həcmi açıqlanıb.

GunAz.az-ın ONN media-dan aldığı məlumata əsasən xəbər verir ki, 20 fevral tarixinə Platforma tərəfindən ümumilikdə 117 yük maşını və 4 təyyarə olmaqla fəlakət zonasına xüsusi yığılmış, yaşamaq üçün bütün şəraitlə təhçiz edilmiş 49 ədəd ev tipli konteyner, 80 çadır, əksəriyyəti böyük gücə malik olmaqla ümumilikdə 190 generator (təqribən 2110 kv gücündə), 839 sayda pover bank, 4 tır müxtəlif gigiyenik məhsullar, 120 min litr su və müxtəlif meyvə şirələri, 26 ton dərman və tibbi ləvazimatlar, 121 ton qida, 600 minə yaxın geyim növləri və tekistil ləvazimatları göndərilmişdir.

Xatırladırıq ki, Platforma qardaş  Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım etmək məqsədi ilə fəlakətdən dərhal sonra, 06.02.2023 fevral tarixində Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Gəncliyə Yardım Fondu,  KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Azərbaycan Əczaçılar Klubu, Müasir İnkişaf Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə təsis edilib. Platformanın fəaliyyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Türkiyənin aidiyyəti dövlət qurumları, eyni 4zamanda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ