SON DƏQİQƏ
» » Minaya düşənlərin sayı 8-ə çatıb- ŞƏHİDİMİZ VAR

Minaya düşənlərin sayı 8-ə çatıb- ŞƏHİDİMİZ VAR

Tarix:

14-12-2022, 20:46

/ 3 030 dəfə oxundu.
Minaya düşənlərin sayı 8-ə çatıb- ŞƏHİDİMİZ VAR

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər