SON DƏQİQƏ
» » TƏCİLİ: Cəbrayılda 41 yaşlı şəxs minaya düşdü

TƏCİLİ: Cəbrayılda 41 yaşlı şəxs minaya düşdü

Tarix:

29-11-2021, 15:57

/ 1 309 dəfə oxundu.
TƏCİLİ: Cəbrayılda 41 yaşlı şəxs minaya düşdü

Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər