SON DƏQİQƏ

Son sutkada koronavirusa nə qədər yoluxma var?

Tarix:

28-09-2022, 17:24

/ 1 957 dəfə oxundu.
Son sutkada koronavirusa nə qədər yoluxma var?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 071 aktiv xəstə var. Bu günə qədər 9 910 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 054, bu günə qədər isə ümumilikdə 7 245 111 test icra olunub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ