SON DƏQİQƏ
» » Peruda kuryerin çantasından elə birşey çıxdı ki...

Peruda kuryerin çantasından elə birşey çıxdı ki...

Tarix:

2-03-2023, 08:37

/ 1 916 dəfə oxundu.
Peruda kuryerin çantasından elə birşey çıxdı ki...

Peruda kuryerin çantasından mumiya tapılıb

Peru polisi Punodakı arxeoloji ərazidə davranışı ilə diqqət çəkən şəxsin çantasında axtarış aparıb.

 

Çantadan qədim mumiya çıxıb. Çantanın sahibi mumiyanı dostlarına göstərmək üçün oraya qoyduğunu deyib.

O qeyd edib ki, "Xuanita” adını verdiyi mumiyanı evdə, televizorun yanındakı qutuda saxlayır. Həmçinin mumiyanın onun üçün bir növ mənəvi sevgili olduğunu vurğulayıb.

Polis 600-800 yaşlarında olan və qadından daha çox, kişiyə oxşadığı ehtimal olunan mumiyanı müsadirə edib və Mədəniyyət Nazirliyinə təhvil verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ