SON DƏQİQƏ

Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək?

Tarix:

12-02-2025, 08:00

/ 3 121 dəfə oxundu.
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək?

ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə qəpik istehsalının dayandırılması ilə bağlı göstəriş verib. İstehsal xərci 2 sentdən çox olan sikkələrin tədavülə buraxıldığını bildirən Tramp bunu “böyük israf” adlandırıb.
GunAz.az xəbər verir ki , Azərbaycanda da zaman-zaman analoji addımların atılması istiqamətində müzakirələr aparılır. Qeyd olunur ki, ölkəmizdə 10, 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir. Lakin hələlik sözügedən məsələ ilə bağlı hər hansı addım atılmayıb. Ekspertlər də bunun birmənalı qarşılanmayacağını, problemlər yaradacağını bildirirlər.
Azərbaycandan fərqli olaraq, bəzi ölkələr zamanla, məsələn, 1 və ya 2 qəpik kimi kiçik nominal qəpiklərdən imtina ediblər. Əsas səbəb isə bu qəpiklərin istehsalının yüksək xərc tələb etməs və real iqtisadi dəyərinin çox aşağı olmasıdır.

скачать dle 12.1

Şərhlər