SON DƏQİQƏ
» » Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI

Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI

Tarix:

28-03-2024, 13:54

/ 3 169 dəfə oxundu.
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI

“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb”.
Bu, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.
Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir:
“2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ