SON DƏQİQƏ

Dünya iqtisadiyyatını yeni böhran gözləyir

Tarix:

28-03-2023, 10:26

/ 1 506 dəfə oxundu.
Dünya iqtisadiyyatını yeni böhran gözləyir

İqtisadçı yeni qlobal böhran təhlükəsi barədə xəbərdarlıq edib.

"RİA Novosti”yə istinadən xəbər verir ki, sənaye və energetika sahəsində müstəqil ekspert olan Leonid Xazanov dünya iqtisadiyyatının yeni qlobal böhran ərəfəsində olması barədə xəbərdarlıq edib.

Xazanovun fikrincə, Qərbdə bank böhranının həlli, eləcə də anti-Rusiya sanksiyalarının ləğvi vəziyyəti dəyişə bilər.

Qərbdəki bank böhranı mart ayında bir sıra iri bankların bağlanmasından sonra müzakirə edilib. Birincisi, Amerika Silikon Vadisi Bankının iflası məlum olub. Bildirilib ki, bu, 2008-ci ildəki maliyyə böhranından sonra ölkədəki ən böyük bank uğursuzluğudur.

Həmçinin, Silvergate və Signature Bank bağlanması da müzakirə edilib.
 
O cümlədən Avropada "Credit Suisse”nin problemlərlə üzləşməsindən də bəhs edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ