SON DƏQİQƏ
» » XƏBƏRDARLIQ- Kart məlumatlarınız oğurlana bilər

XƏBƏRDARLIQ- Kart məlumatlarınız oğurlana bilər

Tarix:

8-12-2022, 11:57

/ 1 873 dəfə oxundu.
XƏBƏRDARLIQ- Kart məlumatlarınız oğurlana bilər

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu tərəfindən aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bank müştərilərinə aid məlumatlardan dələduzlar yeni üsuldan istifadə edirək müxtəlif formalarda faydalanır.

ABA-dan verilən məlumata görə, dələduzlar bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər edirlər. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.

"Bu növ dələduzluq halları ilə qarşılaşdığınız təqdirdə dərhal müştərisi olduğunuz bankla əlaqə saxlamağınızı xahiş edirik”, - məlumatda bildirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ