SON DƏQİQƏ
» » Şahmatçımızdan Ermənistan kollektivinə "şillə kimi" qalibiyyət

Şahmatçımızdan Ermənistan kollektivinə "şillə kimi" qalibiyyət

Tarix:

8-08-2022, 20:09

/ 1 253 dəfə oxundu.
Şahmatçımızdan Ermənistan kollektivinə "şillə kimi" qalibiyyət

Qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşünü keçirib.

Bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, millimiz X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib - 4:0.

 

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. 16 xalı olan yığma hazırda turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb.

Sabah olimpiadada son tur oynanılacaq

скачать dle 12.1

Şərhlər