SON DƏQİQƏ
» » Qadın şahmatçılar arasında Azərbaycan çempionu bilindi

Qadın şahmatçılar arasında Azərbaycan çempionu bilindi

Tarix:

31-05-2021, 22:34

/ 1 479 dəfə oxundu.
Qadın şahmatçılar arasında Azərbaycan çempionu bilindi

Naxçıvan şəhərinin Gənclik Mərkəzində  keçirilən şahmatçı qadınlar arasında Azərbaycan çempionatı sona çatıb. 

GunAz.az xəbər verir ki, çempion adını 11 turdan  aktivinə 9 xal yazan Gülnar Məmmədova qazanıb. Bu onun karyerasında üçüncü Azərbaycan çempionluğudur.

 

Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla hərəyə 7.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüb, əlavə göstəricilərə görə Gövhər Beydullayeva gümüş,  Zeynəb Məmmədyarova isə çempionatın bürünc mükafatçısı olub. 

Xatırladaq ki, yarış 11 turdan ibarət keçirilirdi və ümumi mükafat fondu 7000 (yeddi min) AZN təşkil edirdi.

Qeyd edək ki, Azərbaycan Şahmat federasiyasına bu il keçiriləcək qadınlar arasında Dünya Kubokunda iştirak üçün təqdim edilmiş yerin sahibi ölkə çempionu Gülnar Məmmədova olub. Günay Məmmədzadə, Türkan Məmmədayarova və Ülviyyə Fətəliyeva da bu yarışda iştirak etmək hüququnu daha öncədən əldə edib.

скачать dle 12.1

Şərhlər