SON DƏQİQƏ

"Formula 1"-də ilk qalibiyyət

Tarix:

30-05-2022, 08:03

/ 1 533 dəfə oxundu.
"Formula 1"-də ilk qalibiyyət

Red Bull"un meksikalı pilotu Serxio Peres "Formula 1" üzrə Monako Qran-prisinin yeddinci turunda qalib gəlib.

Yarış bazar günü keçirilib.

Pilotlar 77 dövrə vurmalı olsalar da, pis hava şəraiti səbəbindən 64-cü dövrədən sonra yarışı başa vurublar. Peres məsafəni 1 saat 56 dəqiqə 30,265 saniyəyə qət edib. İkinci yeri "Ferrari” komandasının pilotu ispan Karlos Sayns (1,154 saniyə yubanma), üçüncü yeri "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen (+1,491) tutub.

 

Yağış səbəbindən yarışın startı bir neçə dəqiqə gecikib. 27-ci dövrədə alman Haas pilotu Mik Şumaxer qəza keçirib, onun maşını idarəetməni itirərək hasara çırpılıb, pilot xəsarət almayıb.

 

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

скачать dle 12.1

Şərhlər