SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu

Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu

Tarix:

9-05-2022, 23:04

/ 1 384 dəfə oxundu.
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirildi.

GunAz.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb. Bu, Məmmədyarovun turnirdə ilk məğlubiyyəti olub.

Azərbaycan təmsilçisi ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


скачать dle 12.1

Şərhlər