
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın forması hərracda rekord qiymətə satılıb.
GunAz.az xəbər verir ki, adı açıqlanmayan alıcı geyim dəsti üçün 8,4 milyon avro ödəyib.
Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı matçdan sonra Maradona ilə dəyişib.
Bu, indiyədək auksionda hansısa idman atributuna ödənilmiş ən yüksək məbləğdir.
Qeyd edək ki, Dieqo Maradona ötən ilin noyabrın 25-də dünyasını dəyişib.