SON DƏQİQƏ

İtaliya Kuboku üçün son oyundan nəticələr

Tarix:19-01-2022, 08:27 Oxunub:1 045

İtaliya Kubokunun 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Turindəki "Allianz Stadium”da baş tutan qarşılaşmada "Yuventus” "Sampdoriya”nı qəbul edib.Görüş ev sahibin böyük üstünlüyü ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, mərhələnin bunadək keçirilən oyunlarında "Latsio” "Udineze”dən (1:0), "Atalanta” isə "Venesiya”dan üstün olub - (2:0). Həmçinin, "Napoli” "Fiorentina”ya böyük hesabla uduzub (2:5), "Milan”sa "Genoa”ya qalib gəlib (3:1).

Qeyd edək ki, turnirin bu mərhələsinə yanvarın 19-da keçiriləcək "Sassuolo”-"Kalyari”, "İnter”-"Empoli” və "Roma”-"Leççe” matçları ilə yekun vurulacaq.

Ölkə Kubokunun 1/4 qarşılaşmaları isə fevralın 9-da baş tutacaq

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<