
Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın qrup mərhələsində keçirilən hər üç oyunun ən yaxşı futbolçusu seçilib.
GunAz.az xəbər verir ki, nəticədə o, nadir bir nailiyyəti təkrarlayıb.
Bu barədə ispaniyalı jurnalist Aleksis Martin-Tamayonun məlumat yayıb.
Vinisius dünya çempionatları tarixində qrup mərhələsinin hər üç oyununda matçın ən yaxşı futbolçusu seçilən cəmi üçüncü oyunçu olub. Daha əvvəl buna yalnız Lionel Messi (2014) və Kriştiano Ronaldo (2010) nail olmuşdu.
Braziliyalı hazırkı dünya çempionatında 4 qol vurub və 1 məhsuldar ötürmə edib.































