SON DƏQİQƏ

Messinin adı bu siyahıda yoxdur?

Tarix:

15-03-2022, 08:32

/ 1 954 dəfə oxundu.
Messinin adı bu siyahıda yoxdur?

Fransanın PSJ futbol komandasının hücumçusu Lionel Messinin adı "Qızıl top"a iddialılar siyahısında 20-ci yerə düşüb.

Qeyd edilir ki, bu, "parislilər”in Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid”ə uduzması ilə bağlı baş verib.

Siyahıda birinci yerdə "Bavariya”nın futbolçusu Robert Levandovskinin, ikinci yerdə "Real”ın futbolçusu Kərim Benzema, üçüncü yerdə isə "Liverpul”un hücumçusu Məhəmməd Salahın adları yer alıb.

"Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun adı 16-cı yerdədir.

PSJ Lionel Messi ilə 10 avqust 2021-ci ildə müqavilə imzalayıb. O, ötən mövsüm "Barselona"nın heyətində La Liqada 35 oyuna çıxıb, 30 qol vurub və 9 məhsuldar ötürmə edib. Argentina millisi ilə birlikdə karyerasında ilk dəfə Amerika Kubokunun qalibi olub.

Messi bu mövsüm Fransa çempionatında 18 oyuna çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib

скачать dle 12.1

Şərhlər