SON DƏQİQƏ

DÇ-2026-da növbəti sensasiya

Tarix:

Dünən, 23:29

/ 2 832 dəfə oxundu.
DÇ-2026-da növbəti sensasiya

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
GunAz.az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşıb.
Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start verilib.
Portuqaliya oyuna qolla başlayıb. 6-cı dəqiqədə Netonun ötürməsindən sonra 1.74-lük Joao Neveş topu başla qapıdan keçirib.
İlk hissənin sonlarında Konqo DR hesabı bərabərləşdirib. Masuakunun məhsuldar ötürməsindən sonra Vissa başla dəqiq oynayıb.
Oyunda başqa qol vurulmayıb və görüş 1:1-lik bərabərliklə başa çatıb.
Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutur. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək.
DÇ-2026
K qrupu
17 iyun
21:00. Portuqaliya – Konqo DR 1:1
Qol: J. Neveş, 6, Vissa, 45+5
Portuqaliya: Diogo Kosta, Kanselo, Arauxo, Veyqa, Nunu Mendeş, Joao Neveş, Vitinya, Bernardo Silva, Bruno Fernandeş, Pedro Neto, Kriştiano Ronaldo.
DR Konqo: Mpasi-Nzau, Masuaku, Kapuadi, Tuanzebe, Mbemba, Van-Bissaka, Kayembe, Mukau, Moutoussami, Vissa, Bakambu.
скачать dle 12.1

Şərhlər