SON DƏQİQƏ

Niderlanddan Ukraynaya böyük dəstək

Tarix:

Bu gün, 19:10

/ 3 250 dəfə oxundu.
Niderlanddan Ukraynaya böyük dəstək

Niderland hökuməti Ukrayna üçün ümumi məbləği 500 milyon avro olan pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) vasitələri almağı öhdəsinə götürüb.
GunAz.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu vəsaitin yarısı PURL proqramı vasitəsilə ayrılacaq.
Niderland özünün müdafiə şirkətlərindən 250 milyon avro məbləğində dronlar alacaq. Qalan 250 milyon avro isə Ukraynaya ABŞ istehsalı olan silahların tədarükü üzrə PURL təşəbbüsü çərçivəsində istifadə olunacaq.
Yeni öhdəliklə Niderlandın bu təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatır. Proqram çərçivəsində Kiyevə hava hücumundan müdafiə üçün avadanlıq və raketlər, həmçinin "F16" qırıcıları və digər sistemlər üçün döyüş sursatları tədarük edilir.
скачать dle 12.1

Şərhlər