
Rusiyada 34 yaşlı kişinin 120 min rubl (təxminən 2 400 manat) ödəyərək etdirdiyi saç əkimi uğursuz alınıb.
GunAz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Nijnevartovsk sakini Hacıəli androgenik alopesiya diaqnozu qoyulduqdan sonra saç əkimi etdirib.
Lakin əməliyyatdan sonra saçların nizamsız uzandığını və tüklərdə seyrəkliklərin yarandığını bildirib.
Mütəxəssislərin rəyinə əsasən, klinika əməkdaşları saç tökülməsinin dərəcəsini düzgün müəyyən etməyib və əkim sahəsini lazımi qaydada hesablamayıblar.
Hazırda Hacıəli əməliyyata xərclədiyi məbləğin geri qaytarılmasını və 200 min rubl məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.






























