SON DƏQİQƏ

Miqrenə çarə tapıldı

Tarix:

Bu gün, 16:29

/ 2 791 dəfə oxundu.
Miqrenə çarə tapıldı

Qəhvə və “Coca-Cola”nın tərkibindəki kofein müəyyən hallarda miqren tutmasını yüngülləşdirə bilər.
GunAz.az xəbər verir ki, bu barədə nevroloq Kseniya Şevtsova “Qazeta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, müntəzəm kofein qəbul edən insanlarda ondan qəfil imtina miqrenə səbəb ola bilər. Kofeinin yenidən qəbul edilməsi isə ağrıların şiddətini azalda bilər.
Şevtsova qeyd edib ki, “Coca-Cola”nın tərkibindəki şəkər də faydalıdır. Onun sözlərinə görə, miqren tutmaları bəzən aclıq səbəbindən baş verir və şəkər orqanizmin qlükoza ehtiyacını ödəyərək vəziyyəti yüngülləşdirə bilər.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, miqrenin müalicəsində əsas məqsəd ağrı başlayandan sonra ilk 15-30 dəqiqə ərzində tutmanın qarşısını almaqdır.
скачать dle 12.1

Şərhlər