SON DƏQİQƏ

"Coca-Cola" Azərbaycanda milyonlara vergi ödəyib

Tarix:

20-07-2018, 14:35

/ 10 373 dəfə oxundu.
"Coca-Cola"  Azərbaycanda  milyonlara vergi ödəyib

"Coca-Cola" şirkəti Azərbaycanda fəaliyyət göstərməyə başlayandan ötən ilin sonuna qədər dövlət büdcəsinə 250 mln. ABŞ dolları məbləğində vergi ödəyib. 

GunAz.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında şirkətin Qafqaz regionu üzrə yeni meneceri, əslən Rumıniyadan olan Adrian Çernautan deyib. 

Xatırladaq ki, o, vəzifə səlahiyyərlərinin icrasına bu il iyulun 1-dən başlayıb. A.Çernautanın sözlərinə görə, təmsil etdiyi şirkət indiyə qədər Azərbaycandakı biznesinə 150 mln. dollar investisiya yatırıb. "Düşünürəm ki, Azərbaycan Qərb ölkələrinə nisbətən daha böyük inkişaf potensialına malikdir", - deyə o, qeyd edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ