SON DƏQİQƏ

Ronaldonun reklam qiymətləri açıqlandı

Tarix:

10-01-2025, 18:40

/ 3 518 dəfə oxundu.
Ronaldonun reklam qiymətləri açıqlandı

"Əl-Nəsr"ın və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldonun bəzi reklam gəlirləri məlum olub.
GunAz.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Sportbible" məlumat yayıb.
Forvardın nümayəndələri bu yaxınlarda Səudiyyə Ərəbistanının "Mobile" telekommunikasiya şirkətindən 4,5 saatlıq çəkilişə görə 1 milyon avro tələb ediblər. Buraya fotosessiya, beş imzalı forma və sosial mediada iki paylaşım da daxildir.
Həmçinin Kristianonun İnstaqramda bir reklam postu 3 milyon avroya başa gəlir. Bu, hazırkı dövrün ən yüksək qiymətidir.
"Sportlobster" şirkəti də futbolçu ilə müqavilə imzalayıb. Sözləşməyə əsasən, sosial şəbəkələrdə müəyyən sayda paylaşıma görə portuqaliyalı superulduza 300 min avro ödənilir.
скачать dle 12.1

Şərhlər