SON DƏQİQƏ

Ronaldodan daha bir YENİLİK

Tarix:

31-12-2022, 09:14

/ 1 864 dəfə oxundu.
Ronaldodan daha bir YENİLİK

"Qızıl top”un beşqat sahibi Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr” futbol klubu ilə müqavilə imzalayıb.

Bu barədə "Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə bağlanan müqavilə iki illikdir.

Qeyd edək ki, daha öncə İspaniyanın "Marca” qəzeti yazmışdı ki, müqavilənin ümumi məbləği təxminən 100 milyon avro qiymətləndirilir. Nəşrin yazdığına görə, Ronaldo daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ